Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna millisində zədə epidemiyası yaşanır. Sport24.az Tribuna.com-a istinadən bildirir ki, Viktor Çiqankov və Roman Yaremçuk Azərbaycan millisinə qarşı oynamaq ehtimalı azdır.
Hər iki futbolçunun millimizlə görüşə qədər hazır olacağı gözlənilmir.
Bu səbəbdən Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov onların əvəzinə milliyə başqa futbolçuları dəvət edəcək.
Qeyd edək ki, ukraynalılar oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycan yığması ilə üz-üzə gələcək.