top
Uesli Snayderin Real Madriddən İnterə transferi və Çempionlar Liqası zəfəri hekayəsi Idman.biz
20 noyabr 2025, 18:11
- ↺ +

Uesli Snayderin "Real Madrid"dən "İnter"ə transferi və Çempionlar Liqası zəfəri hekayəsi

Holland ulduz Uesli Snayder "Real Madrid"dən ayrılarkən yaşadıqları, Mourinyonun onu "İnter"ə necə dəvət etməsi və ÇL kubokunu "Santyaqo Bernabeu"da qaldırmasının hekayəsini danışıb.

İdman.Biz xəbər verir ki, Snayder karyerasının ən ağır gününün "Real Madrid"dən ayrıldığı vaxt olduğunu bildirib.

Klubdan getdiyi gün məşq bazasında dolabının boşaldıldığını və əşyalarının kənara yığıldığını görüb. O, həmin an özünü tamamilə dəyərsiz hiss etdiyini deyib.

Snayder daha sonra klub prezidentinə yaxınlaşıb, lakin aldığı cavab onu daha da məyus edib:
"Prezidentlə danışmağa getdim. Çox vaxt ayırmadı, sadəcə, "artıq planlarımıza uyğun deyilsən, Çempionlar Liqasını qazanmaq istəyirik", - dedi".

Holland futbolçu həmin otaqdan çıxmazdan əvvəl özünə söz verdiyini deyir:
"Çıxmazdan 1,5 saniyə əvvəl klub prezidentinə dedim ki, əmin olun, harada olsam da, qazanmaq üçün oynayacağam".

Snayder iki gün sonra həyatını dəyişən telefon zəngi aldığını bildirib:
"Mourinyo zəng etdi. Nömrəmi yəqin Çivudan almışdı, çünki daha əvvəl tanış deyildik. Dedi ki: "Sənin vəziyyətinin çətin olduğunu bilirəm. "İnter"ə gəl, birlikdə hər şeyi qazanacağıq". Mourinyo ilə söhbət hər şeyi dəyişdi. Mənə komandanın ən vacib oyunçularından biri olacağımı, birlikdə Çempionlar Liqasını qazanacağımızı dedi. Bəlkə hamıya eyni şeyi deyir, amma inanın, onunla bir il keçirmək başqa biri ilə on il keçirmək kimidir".

Snayderin Milandakı mövsümü tarixə düşüb. O, 2010-cu ildə məhz "Santyaqo Bernabeu" stadionunda Çempionlar Liqasının kubokunu qaldıraraq verdiyi sözü yerinə yetirib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Oxşar xəbərlər