UEFA-nın rəsmi saytı "Tottenhem" klubunun "Qarabağ" üzərindəki qələbəsini (3:0) şərh edib. Sport24.az xəbər verir ki, saytda bildirilib ki, Tural Bayramovun intriqanı geri qaytara bilərdi.
"Spurs" azlıqda olsa belə, inamlı qələbə qazandı. Eksperimental müdafiə xətti quran londonlular lap əvvəldən topu itirməyə başladılar ki, bu da sonda Radu Draquşinin 8-ci dəqiqədə meydandan qovulması ilə nəticələndi. "Qarabağ" üstünlük qazanmağa çalışsa da, bir sıra qol imkanlarını əldən verdi. Amma "Tottenhem" qonaqların müdafiə səhvindən dərhal yararlandı və Brennan Consonun səyi ilə hesabı qısa zamanda açıb. Fasilədən sonra meydan sahiblərinin qapıçısı Qulyelmo Vikario çərçivədə möcüzələr yaratdı. Əks-hücumlardakı komanda yoldaşları Papa Sarra və Dominik Solankenin qolları sayəsində hesabı böyütdülər. Toral Bayramov penaltidən intriqanı geri qaytara bilərdi, amma o, topu qapının dirəyinə vurdu", - qeyd olunub.