Avropa Liqasının və Konfrans Liqasının ötən gecə keçirilən matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib. Sport24.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" dünən İsveç "Malmö"sünə 1:2 heasbı ilə məğlub olduğundan xal hesabını dəyişə bilməyib.
Klubun xalı 19,125-dir. Eyni xala malik Bolqarıstan Azərbaycanı geridə qoyaraq 27-ci yerə yüksəlib. Beləlklə, "Qaabağ" 28-ci yerdədir.
Azərbaycanın cari mövsümdəki qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqinə "Zirə" 1,250, "Qarabağ" 0,750, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal yazdırıb.
Cədvələ İngiltərə (92,446 xal) liderlik edir.