UEFA reytinqində dəyişikliklər olub. Sport24.az xəbər verir ki, buna Avropa Liqasının Liqa mərhələsinin ilk gününün nəticələri səbəb olub.
I turun baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. Danimarka 15-ci yerə yüksəlib. Şimallılar Yunanıstanı arxada qoyub.
Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropadakı 26-cı yerini qoruyub. Ölkəmiz bu gün keçiriləcək "Tottenhem" – "Qarabağ" matçını gözləyir.
Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1,250, "Qarabağ" 0,750, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 90,303 xal.