"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu cərimələnib.
İdman.Biz xəbər verir ki, buna Frankfurt təmsilçisinin evdə İngiltərənin "Liverpul" komandasına uduzduğu matçda yaşananlar səbəb olub.
Bundesliqa klubu ümumilikdə 39 250 avro (təxminən 76 000 AZN) ödəməli olacaq. "Ayntraxt" sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11 000 (təxminən 21 600 AZN), pirotexniki vasitələrdən istifadəyə görə 10750 (təxminən 21 000 AZN), idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17 500 avro (təxminən 34 300 AZN) ziyana düşüb.