UEFA prezidenti Aleksandr Çeferin təqvimin sıxlığından şikayət edən futbolçulara cavab verib.
İdman.biz xəbər verir ki, o, oyun sayının azalmasının maaşlara təsir edəcəyini deyib.
Çeferin futbolçuları fabrika işçiləri ilə müqayisə edib: "Matçların sayını azaltsaq, maaşları da azaltmaq məcburiyyətində qalacağıq. Bunun başqa yolu yoxdur. FIFA və UEFA-ya hücum etmək asandır. Amma məsələnin həll yolu bəllidir. Az oynasaz, az qazanacaqsız. Şikayət etməli olanlar ayda 1000 avro maaş alan fabrik işçiləridir".
Qeyd edək ki, bir çox futbolçular sıx təqvim üzündən zədələndiklərini əsas gətirərək tətil keçirə biləcəklərini açıqlayıblar.
İdman.biz