top
UEFA-nın dəstəyi ilə Bakıda futbol bayramı təşkil olunub Report.az
25 may 2025, 11:04
- ↺ +

UEFA-nın dəstəyi ilə Bakıda futbol bayramı təşkil olunub

UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə 5-8 yaşlı qız futbolçular üçün "ASCO Arena"da "Playmakers" layihəsi çərçivəsində futbol festivalı keçirilib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, festivalda Azərbaycan üzrə fəaliyyət göstərən 25 "Playmakers" mərkəzindən 80 qız və onların məşqçi-müəllimləri iştirak ediblər.

Tədbir zamanı təşkil edilən futbol oyunları və estafetlər qızlara həm bacarıqlarını göstərmək, həm də futbolu sevərək öyrənmək imkanı yaradıb. Onlar meydanda həm öyrənib, həm də əyləniblər.

"Playmakers" festivalı uşaqlar üçün yalnız futbol meydançasında deyil, eyni zamanda özünəinam, sosial bacarıq və dostluq əlaqələrinin qurulması üçün əhəmiyyətli mühit yaradıb. Müxtəlif mərkəzlərdən gələn iştirakçıların birlikdə oynamaları proqramın inklüziv və birləşdirici ruhunu əks etdirib. Tədbirin sonunda AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov tərəfindən bütün iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "Playmakers" layihəsi UEFA və "Disney"in birgə əməkdaşlığı ilə hazırlanmış, 5–8 yaşlı qız uşaqları üçün nəzərdə tutulmuş unikal tədris və idman proqramıdır. Layihənin təşkilində əsas məqsəd uşaqlarda futbola maraq yaratmaq, onların özünəinamını artırmaq, komanda ruhunu və fiziki inkişafını dəstəkləməkdir. Məşqlər əyləncəli hekayələr və oyunlar əsasında keçirilir ki, bu da uşaqların futbola marağını artırır və onların erkən yaşdan bu idman növünə cəlb olunmasını asanlaşdırır. Layihə 2022-ci ildən etibarən AFFA-nın təşkilatçılığı ilə ölkə üzrə tətbiq olunur.

Hazırda proqram ölkənin müxtəlif regionlarını əhatə edir və qadın futbolunun inkişafı üçün strateji platformalardan biri hesab olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Bu gün, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Bu gün, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Bu gün, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Bu gün, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Bu gün, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Bu gün, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Bu gün, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Bu gün, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Bu gün, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Bu gün, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Bu gün, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Bu gün, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Bu gün, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Bu gün, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Bu gün, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Oxşar xəbərlər