UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk" (Xorvatiya) - "Zirə" görüşündə üçüncü qol vurulub.
"Report" xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda keçirilən qarşılaşmada ev sahibləri önə keçiblər - 2:1.
90+3-cü dəqiqədə Yassin Benrahou fərqlənib.
01:02UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk" (Xorvatiya) - "Zirə" görüşündə birinci əlavə hissə start götürüb.
"Report" xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Bakıdakı 8-ci kilometr stadionunda da eyni hesab qeydə alınmışdı.
00:56UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk" (Xorvatiya) - "Zirə" görüşünün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib.
"Report" xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılacaq.
Qeyd edək ki, Bakıdakı 8-ci kilometr stadionunda da eyni hesab qeydə alınmışdı.
00:50UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk" (Xorvatiya) - "Zirə" görüşündə ikinci qol vurulub.
"Report" xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda keçirilən matçda Bakı klubu hesabı bərabərləşirib - 1:1.
90+3-cü dəqiqədə İssa Cibrilla rəqib komandanın qapısına yol tapıb.
00:02UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk" (Xorvatiya) - "Zirə" görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.
Görüşü italiyalı referi Luka Payretto idarə edir.
23:47"Zirə" Xorvatiyada "Hayduk"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fasiləyə geridə yollanıb.
"Report"un məlumatına görə, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədir.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
23:19UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçirilən "Hayduk" (Xorvatiya) - "Zirə" görüşündə hesab açılıb.
"Report"un məlumatına görə, qarşılaşmada ilk qolu meydan sahibləri vurub.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Hayduk" (Xorvatiya) - "Zirə" görüşü start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma Split şəhərindəki "Polyud" stadionunda keçirilir.
Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb - 1:1.