top
UEFA Gənclər Liqası: Sabah mübarizəni dayandırdı, Qarabağ Çelsiyə uduzdu Idman.biz
05 noyabr 2025, 19:29
- +

UEFA Gənclər Liqası: "Sabah" mübarizəni dayandırdı, "Qarabağ" "Çelsi"yə uduzdu

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"la qarşılaşıb.

İdman.Biz xəbər verir ki, "Əlincə" stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

"Nant"ın qollarını 17 və 76-cı dəqiqələrdə penaltidən Dabo vurub. "Sabah"ın qoluna isə 88-ci dəqiqədə Anar Hüseynov imza atıb.

Qeyd edək ki, "Sabah" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Komanda UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

17:05

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.

İdman.Biz xəbər verir ki, əsas mərhələnin IV turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub.

Oyun "Azərsun Arena"da keçirilib.

Qeyd edək ki, "Qarabağ" UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda "Benfika" (1:7), "Kopenhagen" (0:5) və "Atletik"ə (0:3) uduzub.

11:04

Bu gün "Sabah" və "Qarabağ" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti matçlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin IV turunda, Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.

Oyun "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.

"Sabah" isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. Bu görüş Əlincə sradionunda, saat 17:00-da başlayacaq. "Bayquşlar" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Basketbol
Dünən, 00:35

Halil Atlı: "Meydanda daha çox mübarizə aparan tərəf qalib gəldi"

Futbol
Dünən, 00:20

Renat Dadaşovun komandası yenə məğlub oldu, futbolçu ehtiyatda qaldı

Futbol
Dünən, 00:18

"RB Leypsiq" "Ayntraxt Frankfurt"u böyük hesabla məğlub edib

Futbol
Dünən, 00:10

"Fənərbağça" "Başakşehir"lə heç-heçə edərək liderlik şansını əldən verib - VİDEO

Futbol
06 dekabr 2025, 23:42

"Barselona" "Betis"i səfərdə məğlub etdi: Ferran Torresdən het-trik, hesab 3:5

Futbol
06 dekabr 2025, 23:28

"Sabah" FK Yusif İmanov məsələsi ilə bağlı AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarından şikayət edəcək

Digər
06 dekabr 2025, 23:21

Tofiq Musayev Azərbaycan MMA və Qrapplinq Federasiyasının vitse-prezidenti seçildi

Futbol
06 dekabr 2025, 23:21

Lük de Yonq üçün mövsüm erkən başa çatdı

Futbol
06 dekabr 2025, 23:11

"İnter" "Komo"nu böyük hesabla məğlub edərək liderliyə yüksəlib

Futbol
06 dekabr 2025, 23:09

"İnter" "Komo"nu 4:0 hesabı ilə məğlub edərək A Seriyasının lideri oldu

Şahmat
06 dekabr 2025, 22:58

Rauf Hacılı: XI Vüqar Həşimov Memorialı qalibinə əlavə imtiyazlar verəcək

Futbol
06 dekabr 2025, 22:52

"Yeni Malatyaspor" - "İsparta 32 Spor" matçı oyunçu çatışmazlığı səbəbindən təxirə salınıb

Boks
06 dekabr 2025, 22:43

Konor Makqreqora qarşı cinsi təcavüz iddiası ləğv edilib

Futbol
06 dekabr 2025, 22:39

"Zirə" - "Qarabağ" (2:0) Matçının Video İcmalı

Boks
06 dekabr 2025, 22:29

Azərbaycan boksçuları neft ölkələri arasında Dünya Kubokunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

Futbol
06 dekabr 2025, 22:26

Liqa 1: "Lans" "Nant"ı məğlub edib

Boks
06 dekabr 2025, 22:22

Boks üzrə Dünya Çempionatında Azərbaycan boksçularının qələbələri davam edir

Futbol
06 dekabr 2025, 22:17

"Alaves" "Real Sosyedad"ı minimal hesabla məğlub edib

Futbol
06 dekabr 2025, 22:03

Bundesliqa: “Bavariya”dan darmadağın, “Volfsburq” və “Auqsburq”dan qələbə, digər nəticələr

Futbol
06 dekabr 2025, 21:52

İngiltərə Premyer Liqası: "Nyukasl" "Börnli"yə, "Everton" isə "Nottingem Forest"ə qalib gəldi

Futbol
06 dekabr 2025, 21:37

"Mançester Siti" "Sanderlend"i 3:0 hesabı ilə darmadağın edib, Dias, Qvardiol və Fodenden qollar - VİDEO

Futbol
06 dekabr 2025, 21:34

Rövşən Nəcəf və Ravşan İrmatov ABŞ-da 2027 Dünya Çempionatını müzakirə ediblər

Futbol
06 dekabr 2025, 21:23

"Sassuolo" "Fiorentina"nı evdə məğlub etdi (3:1)

Futbol
06 dekabr 2025, 21:23

Qabriel Sara "Lids Yunayted"ə transfer ola bilər

Oxşar xəbərlər