UEFA Çempionlar Liqasının rəsmi səhifəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, qurumun rəsmi feysbuk səhifəsində təcrübəli mütəxəssisin fotosu paylaşılaraq bu sözlər yazılıb:
"Qarabağ"ın "Benfika" zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!"
Xatırladaq ki, ötən gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub edib.