top
UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə Idman.biz
Bu gün, 02:51
- ↺ +

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə Liqa mərhələsinin dördüncü turuna yekun vurulub. Fransa təmsilçisi PSJ turnir cədvəlində liderliyini qoruyub, Azərbaycanın "Sabah" klubu isə 31-ci pillədə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris klubu keçirdiyi dörd oyunun hamısında qalib gələrək maksimum nəticə göstərib və 12 xal toplayıb.

Eyni xala malik "Real Madrid" ikinci yerdədir. PSJ daha yaxşı top fərqinə görə İspaniya təmsilçisini qabaqlayır. Parislilərin top fərqi +15, Madrid klubunun isə +6-dır.

İlk üçlüyü 10 xalla Londonun "Arsenal" klubu tamamlayır.

Turnir cədvəlinin ilk səkkizliyində "Komo", "Barselona", "Aston Villa", "Mançester Siti" və "Liverpul" da yer alıblar. Bu komandaların hər biri dörd turdan sonra doqquz xal toplayıb.

Birbaşa 1/8 finala vəsiqə verən ilk səkkizlikdən kənarda isə Avropanın bir sıra tanınmış klubları qərarlaşıb. Münhen "Bavariya"sı səkkiz xalla 13-cü, Milan "İnter"i altı xalla 15-ci, "Mançester Yunayted" isə eyni xalla 17-ci yerdədir.

Türkiyənin "Qalatasaray" klubu altı xalla 18-ci pilləni tutur. Türkiyənin digər təmsilçisi "Fənərbağça" beş xalla 19-cu pillədə qərarlaşıb. Ukraynanın "Şaxtyor" klubu isə dörd oyunda topladığı dörd xalla 21-ci yerdədir.

Madrid "Atletiko"su dörd xalla 23-cü, İtaliyanın "Napoli" klubu isə üç xalla 27-ci sıradadır.

Azərbaycan çempionu "Sabah" Norveçdə "Vikinq"ə 1:4 hesablı məğlubiyyətdən sonra 31-ci pillədə qərarlaşıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda dörd oyunda üç xal toplayıb.

Turnir cədvəlinin sonuncu pilləsində Slovakiyanın "Slovan" klubu yer alır. Dörd görüşün hamısında məğlub olan komandanın top fərqi 1:17-dir.

Qeyd edək ki, Çempionlar Liqasının reqlamentinə əsasən, Liqa mərhələsini ilk səkkiz pillədə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerləri tutan klublar pley-off mərhələsində mübarizə aparacaqlar. Digər komandalar isə turnirlə vidalaşacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər