UEFA Avropa Liqasının qalibi olan İngiltərənin "Tottenhem" klubu dörd futbolçu ilə vidalaşıb.
"Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fraser Forster, Serxio Requilon, Alfie Vitemanın başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
İcarə əsasında komandada çıxış edən Timo Verner isə Almaniyanın "Leyptsiq" klubuna qayıdıb.
Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"i minimal hesabla üstələyib - 1:0.