top
UEFA Avropa Liqası: Turun nəticələri və son dəqiqə qolu ilə heç-heçə, böyük hesablı qələbə Idman.biz
26 sentyabr 2025, 01:00
- ↺ +

UEFA Avropa Liqası: Turun nəticələri və son dəqiqə qolu ilə heç-heçə, böyük hesablı qələbə

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.

İdman.biz xəbər verir ki, turun ikinci oyun günündə 9 qarşılaşma keçirilib.

Əvvəlcə "Qou Ehed İqls" – FCSB (keçmiş "Styaua") və "Lill" – "Brann"" matçları baş tutub. Bu görüşlərdə "Styaua" (1:0) və "Lill" (2:1) qalib gəliblər.

Almaniyanın "Ştutqart" klubu – "Selta"nı qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə "Ştutqart" təzyiqi artırıb. 51 və 68-ci dəqiqələrdə Buanani və Əl-Hannus ispaniyalıların qapısından iki qol keçiriblər.
87-ci dəqiqədə İqlesias hesab arasındakı fərqi azaldıb – 2:1. Lakin ispaniyalılar bundan artığını edə bilməyiblər.

"Utrext" (Niderland) öz meydançasında "Olimpik Lion" (Fransa) ilə qarşılaşıb. Bu qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. İkinci hiisədə 75-ci dəqiqədə Tessmann "Lion"u önə çıxarıb – 0:1. Görüşdə vurulan yeganə qol elə bu olub.

"Aston Villa" İtaliyanın "Bolonya" klubunu sınağa çəkib. Görüşdə hesabı 13-cü dəqiqədə meydan sahiblərindən Makginn açıb – 1:0. Komandalar oyunun sonunadək bu hesabı dəyişə bilməyiblər.

Şotlandiyanın "Reyncers" klubu "Genk" (Belçika) ilə oynayıb. Qarşılaşmanın 55-ci dəqiqəsində O Hyun Kyu meydan sahiblərini mərkəzə dəvət edib. Oyun elə bu hesabla da (1:0) belçikalıların xeyrinə biitb.

Avstriya "Zalsburq"unun qonağı "Portu" olub. Bu görüşdə yeganə topu 90+3-cü dəqiqədə qonaqların oyunçusu Qomes vurub – 0:1.

"Qarabağ"ın pley-off-da qalib gəldiyi "Ferentsvaroş" "Viktoriya Plzen"i (Çexiya) qonaq edib. Qarşılaşmanın 16-cı dəqiqəsində Duroisinmi qonaqları irəli çıxarıb – 0:1. İlk hissə bu hesabla bitib.

Meydan sahibləri bu qolun əvəzini yalnız 90+4-cü dəqiqədə çıxa biliblər. Peşiç oyunun yekun hesabını müəyyən edib – 1:1.

İsveçrənin "Yanq Boyz" klubu dogma divarlar arasında "Panatinaikos"la qüvvəsini sınayıb. Görüşdə hesabı 10-cu dəqiqədə qonaqlardan Sviderdki açıb. Bunun ardınca, Zaruri 14 və 19-cu dəqiqələrdə hesabı 3:0-a çatıdırıb. 25-ci dəqiqədə Canko buraxılan toplardan birinin əvəzini çıxıb – 1:3.

İkinci hissədə Zaruri 68-ci dəqiqədə görüşdə özünün üçüncü topunu vurub – 1:4. Oyun bu hesabla yekunlaşıb.

Qeyd edək ki, Avropa Liqasının ilk oyunları dünən baş tutub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər