"Lids" "Udineze"nin müdafiəçisi Yaku Biyola görə 15 milyon avro təklif edib. Bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Udineze" isə futbolçuya görə qarşıdan tərəfdən 20 milyon avro istəyir.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi ötən mövsüm "Udineze"nin heyətində 37 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.