U-21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya - Azərbaycan görüşündə birinci hissədən sonra oyunda hesab açılmayıb.
***
U-21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Barseluş şəhərində Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Barseluş şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanıb. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edir.
Avropa çempionatı, seçmə mərhələ
5 sentyabr
22:30. Portuqaliya (U-21) - Azərbaycan (U-21) - 0:0
Baş hakim: Konstantinos Fellas (Kipr)
Barseluş şəhər stadionu
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.
İdman.biz