21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Bu barədə İdman.biz AFFA-ya istinadən məlumat verir.
21 yaşlı müdafiəçi "Sana Klinik München"də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.
İdman.biz