U-21 bu gün növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Samir Əliyevin yetirmələri AVRO-2025-in seçmə mərhələsində son matçına çıxacaq.
Seçmə mərhələni sonuncu pillədə başa vuracağı dəqiqləşən ümid yığması İngiltərənin qonağı olacaq. Qarşılaçma Bristol şəhərində yerləşən "Aşton Qeyt" stadionunda baş tutacaq.
Qeyd edək ki, yığmamız keçirdiyi 9 matçda yalnız bir qələbə qazanıb.
21 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, F qrupu
15 oktyabr
22:30. İngiltərə – Azərbaycan
Baş hakim: İvana Martinçiç (Xorvatiya)
Bristol. "Aşton Qeyt" stadionu
| 1 | Ukrayna | 9 | 8 | 0 | 1 | 20-6 | 24 |
| 2 | İngiltərə | 9 | 7 | 1 | 1 | 34-6 | 22 |
| 3 | Serbiya | 9 | 4 | 1 | 4 | 12-18 | 13 |
| 4 | Ş.İrlandiya | 9 | 3 | 1 | 5 | 10-10 | 10 |
| 5 | Lüksemburq | 9 | 2 | 1 | 6 | 6-23 | 7 |
| 6 | Azərbaycan | 9 | 1 | 0 | 8 | 4-23 | 3 |