21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirəcək. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Belarusdan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, U-21 iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə qarşılaşacaq.