top
U-21 Avropa çempionatı: Azərbaycan Çexiyaya 5:0 hesabı ilə məğlub oldu - YENİLƏNİB + VİDEO Idman.biz
10 oktyabr 2025, 21:53
- ↺ +

U-21 Avropa çempionatı: Azərbaycan Çexiyaya 5:0 hesabı ilə məğlub oldu - YENİLƏNİB + VİDEO

U-21 komandaları arasında Çexiya-Azərbaycan matçı başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşma 5:0 hesabı ilə çexiyalıların xeyrinə başa çatıb.

Bu oyundan sonra B qrupunda Çexiya millisi doqquz xalla liderliyə yüksəlib. Altı xala malik Portuqaliya ikinci pillədə qərarlaşıb. Bolqarıstan dörd xalla üçüncü, Şotlandiya üç xalla dördüncüdür. Bir xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu - altıncı pillədədir.

21:44

21 yaşınadək futbolçulardan ibarət komandalar arasında Çexiya-Azərbaycan matçında hesab yenidən dəyişib.

İdman.Biz-in xəbərinə görə,84-cü dəqiqədə David Planka çexlərin 5-ci qoluna imza atıb.

21:35

U-21 komandaları arasında Çexiya-Azərbaycan matçında hesab yenə dəyişib.

İdman.Biz xəbər verir ki, Maşek 75-ci dəqiqədə görüşdə özünün üçüncü topunu vurub - 4:0.

21:22

U-21 komandaları arasında Çexiya-Azərbaycan matçında penalti təyin olunub.

İdman.Biz bildirir ki, 63-cü dəqiqədə çexiyalıların hücumçusu Maşekin vurduğu zərbəni yığmamızın qapıçısı Səlim Həşimov qaytarıb.

21:19

U-21 komandaları arasında Çexiya-Azərbaycan oyununda çexiyalılar hesab arasındakı fərqi artırıblar.

İdman.Biz bildirir ki, 59-ci dəqiqədə çexiyalıların oyunçusu Lukaş Maşek hesabı 3:0-a çatdırıb.

21:15

U-21 komandaları arasında Çexiya-Azərbaycan oyununda ikinci qol vurulub.

İdman.Biz bildirir ki, 55-ci dəqiqədə çexiyalıların hücumçusu Lukaş Ambros hesabı 2:0 edib.

21:04

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya - Azərbaycan oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra meydan sahiblərinin üstünlüyü var - 1:0.

20:49

U-21 komandaları arasında Çexiya-Azərbaycan oyununun ilk hissəsi bitib.

İdman.Biz bildirir ki, çexiyalılar hesabda 1:0 irəlidədirlər.

20:41

U-21 komandaları arasında Çexiya-Azərbaycan matçında hesab açılıb.

İdman.Biz bildirir ki, hesabı 40-cı dəqiqədə çexiyalı Lukas Maşek açıb.

20:00

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya - Azərbaycan oyunu start götürüb.

İdman.Biz bildirir ki, matşı şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edir.

19:48

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Çexiya ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, komandalar saat 20:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heeyətlərlə çıxacaq:

Azərbaycan: 1. Səlim Həşimov, 3. Rüfət Abbasov, 44. İbrahim Ramazanov, 5. Emin Rüstəmov (k), 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov, 11. Xəyal Əliyev, 10. Şahin Şahniyarov, 8. Emil Süleymanov, 18. Oruc Məmmədov, 9. Ağadadaş Salyanski

Baş məşqçi: Fərid Namazov

Çexiya: 1. Yan Kunti, 2. Tomas Yelinek, 22. Yan Paluska, 4. Erik Hunal, 3. Adam Şevinski, 13. Albeert Labik, 18. Lukas Ambros, 8. Ondrey Kriçfaluşi, 10. Matey Şin (k), 9. Matias Voyta, 11. Lukaş Maşek

Baş məşqçi: Mixal Bilke

10:21

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması 2027-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Çexiya yığması ilə qarşılaşacaq.

Oyunu şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edəcək. Matç Karvina şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Hazırda B qrupunda Portuqaliya millisi altı xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan dörd xalla üçüncü, Şotlandiya üç xalla dördüncüdür. Bir xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu - altıncı pillədədir.

Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda isə Bolqarıstanla heç-heçə edib - 1:1.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər