İyirmi yaşadək futbolçular arasında dünya çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Fransa yığması ABŞ millisinə uduzub.
"Report"un məlumatına görə, Çilinin Rankaqua şəhərində keçirilən görüş amerikalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
ABŞ komandası hər üç qolu ikinci hissənin sonunda Xavier Qozo (85-ci dəqiqə), Bruklin Reynz (88) və Markos Zambrano (90+2) vurub.
ABŞ komandası altı xal toplayaraq E qrupunda birincidir. Fransa yığması üç xalla ikincisi sırada qərarlaşıb.
Oktyabrın 5-də qrup mərhələsinin final oyununda ABŞ Cənubi Afrika Respublikası, Fransa isə həmin gün Yeni Kaledoniya komandası ilə qarşılaşacaq.