19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
İdman.Biz xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Özbəkistanla qarşılaşıb.
Daşkənddə keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, U-19 bu rəqiblə ikinci matçı oktyabrın 12-də keçirəcək.
10:36
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.