Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək. Sport24.az xəbər verir ki, İlham Yadullayevin çalışdırdığı komanda Rumıniya ilə qarşılaşacaq.
Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu - dördüncü pillədə qərarlaşıb. Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.
Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.