top
U-17 millisinin baş məşqçisi Qazaxıstan və Gürcüstan matçlarından, Avropa çempionatına hazırlıqdan danışıb Report.az
11 iyun 2025, 11:43
- ↺ +

U-17 millisinin baş məşqçisi Qazaxıstan və Gürcüstan matçlarından, Avropa çempionatına hazırlıqdan danışıb

Azərbaycanın futbol üzrə U-17 millisinin baş məşqçisi Aqil Nəbiyev Qəbələdə baş tutan təlim-məşq toplanışından razı qalıb.

Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.

O, Qəbələdəki toplanış ərzində Qazaxıstan (2:0) və Gürcüstan (1:1) yığmalarına qarşı keçirdikləri yoxlama görüşlərinin nəticələrini dəyərləndirib:

"Hər iki matçda uşaqlar həqiqətən yüksək performans göstərdilər. Üstün futbol oynadıq, dominantlıq etdik. Qol şanslarımız çox oldu. İlk oyunda Qazaxıstanı 2:0 məğlub etdik. Gürcüstanla matçda isə əlavə olunmuş dəqiqələrdə qol buraxdıq. Komandada bir qədər ustalıq səviyyəsi çatmır. İnanıram ki, bir az zamanımız olsa, yaxşı işlər görmək mümkündür. Hər iki oyunda ilk "11-lik"də bir yaş kiçik olan üç futbolçuya yer vermişdik. İstəyirik ki, U-16-ya və digər yaş qruplarına da dəstək olaq, uşaqların yolunu açaq. Bu həm də milliyə dəvət almaq yolunda yaşı az olan digər futbolçular üçün motivasiyadır. Komandadan razıyam, daha da yaxşı ola bilərdik".

Baş məşqçi çatışmazlıqları qabardıb və Avropa çempionatının birinci mərhələsindəki oyunlara qədər yenə toplanış planlaşdırıldığını söyləyib:

"Oktyabrdan əvvəlində Avropaya yollamalıyıq. Vaxtımız az qalıb. Artıq üçüncü toplanışı bitirdik. Avropa çempionat başlayana qədər daha bir toplanış keçirməyi nəzərdə tutmuşuq. Biz də istəyərdik ki, hazırlıq proseslərinin sayı daha çox olsun. İyunun 1-də başladığımız Qəbələ toplanışından razı qaldım. İnkişaf göz qabağındadır. İstər komandanın formalaşmasını, istərsə də müsbət nəticələrin gəldiyini görürük. Təbii ki, çatışmazlıqlar da var. Xüsusən də mərkəz xətdə. Fərqli mövqe oyunçularını mərkəzdə sınayıram. Əsas oyunçularımızdan Amin Rzayev U-21-ə dəvət aldığı üçün aramızda yox idi. Zədəli futbolçularımız var idi, onları dəvət edə bilməmişdik.Növbəti toplanışı iki ay sonraya planlaşdırmışıq. Bu komandada yaxşı işlər görmək olar. İnanıram ki, daha uğurlu nəticə göstərə bilərik".

O, Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsində çətin qrupa düşdüklərini bildirib:

"Düzdür, Avropa çempionatının seçmə mərhələsndə çətin qrupa düşmüşük. Fransa, İsrail və Rumıniya ilə mübarizə aparacağıq. Lakin biz ora təslim olmağa getmirik. İstəyirik ki, yaxşı nəticələr göstərək və ilk iki yerdən birini tutub qrupdan çıxaq".

Qeyd edək ki, Avropa çempionatının birinci mərhələsində IX qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya seçmələri ilə mübarizə aparacaq. İlk mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Futbol
Bu gün, 18:41

Fransa Liqa 1-də Şimal derbisi və liderlik mübarizəsi: Lill-Lans oyunu həftənin fokusunda

Futbol
Bu gün, 18:26

Flik: Harri Keyn 'Qızıl Top' üçün layiqdir

Futbol
Bu gün, 18:25

Komo argentinalı Niko Pasa olan təklifləri qış transferində nəzərdən keçirməyəcək

Digər
Bu gün, 18:15

CAS Rusiya hokkey komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verdi

Futbol
Bu gün, 18:10

Baku’da FIFA U-15 Dünya Çempionatının bağlanış mərasimi keçirilir

Olimpiada
Bu gün, 18:01

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi 31 oktyabrda Dakar şəhərində keçiriləcək

Futbol
Bu gün, 18:00

Çinin sabiq baş məşqçisi Kamacho: Çinin Real Madrid və Mbape ilə bağlantılı qalmaqalda onlar özlərini dünyanın ağası hesab eləyirlər

Futbol
Bu gün, 17:46

Atası: Uşağınıza futbolu öz istədiyi kimi yaşamasına imkan verin

Futbol
Bu gün, 17:22

Bundesliqada VIII tur: "Bavariya" və "Borussiya" liderlik uğrunda düyməbağında qarşılaşacaq

Futbol
Bu gün, 17:09

Dieqo Simeone, Levante qarşılaşmasında iki əsas futbolçusunu itirir

Futbol
Bu gün, 17:00

Toral Bayramov Bursaspor start heyəti üçün son şansını axtarır

Oxşar xəbərlər