17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxacaq. Sport24.az xəbər verir ki, doqquzuncu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı
Seçmə mərhələsi
14 oktyabr
17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
"Bourret" stadionu, Kapbreton