Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib. Sport24.az xəbər verir ki, İlham Yadullayevin çalışdırdığı U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupu ilə qarşılaşıb.
Görüş qolsuz başa çatıb.
Qeyd edək ki, millimiz oktyabrın 14-də Avstraliya yığması ilə ikinci yoldaşlıq oyunu keçirəcək.