16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında bu gün final oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, U-16 millimiz həlledici görüşdə Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.