"Onları yuxarı pillələrdə görmək təəccüblüdür". Sport24.az xəbər verir ki, bu sözləri Fransa millisinin sabiq futbolçusu Tyeri Anri "CBS Sport" telekanalındakı verilişdə deyib.
Keşmiş hücumçu Azərbaycan təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki çıxışına toxunub:
"Heç kim bunu gözləmirdi. "Qarabağ" yenə qalib gəldi. İlk qolu Zubir vurdu. O, qol anında sadəcə matçın gedişatını izləyirdi. Dirəkdən qayıdan topa toxundu. Bəlkə də asan görünə bilər. Amma elə deyil"
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin II turunda "Kopenhagen"ə qalib gəlib - 2:0. I turda "Benfika"nı üstələyən "köhlən atlar" 6 xalla tur cədvəlinin altıncı pilləsində qərarlaşıb.