top
Tyaqo Silva: Xorvatiyadakı 30 min azarkeş bizə elə də təsir etməyəcək Idman.biz
24 iyul 2025, 09:29
- ↺ +

Tyaqo Silva: "Xorvatiyadakı 30 min azarkeş bizə elə də təsir etməyəcək"

"Zirə"nin portuqaliyalı qolkiperi Tyaqo Silvanın Teleqraf-a müsahibəsi

- "Hayduk"la görüşdə komandanızın nəticəsindən razı qaldınız?

- Təbii ki, məqsədlərimiz bəllidir. İlk oyunumuzu evdə keçirdiyimizə görə, Xorvatiyaya sərfəli nəticə ilə yollanmaq istəyirdik. Ən azından bir-iki top fərqi ilə qalib gəlməklə, bunu etməyi düşünürdük. Bu, mümkün olmasa da, performansımızla göstərdik ki, biz Avropada ikinci dərəcəliı adlı-sanlı komandalara qarşı açıq-aşkar mübarizə apara bilərik. Hazırki vəziyyətdə ümid cavab görüşünə qallb. Yaxşı köklənib Xorvatiyadakı qarşılaşmaya uğurlu nəticə üçün çıxmalıyıq.

- ⁠Uzun müddət sonra rəsmi oyuna çıxdınız. Özünüzü necə hiss edirdiniz?

- ⁠İstənilən oyunçunun 4-5 ay futboldan kənar qaldığı halda yenidən meydançaya dönmək üçün müəyyən inama ehtiyacı olur. Açığı, psixoloji cəhətdən çətin idi. Sadəcə, məşqlərlə özümə olan inamı qaytardım. Baş məşqçimiz Rəşad Sadıqova xüsusi təşəkkür edirəm ki, bu inamı mənə verdi. Bu cür rəqibə qarşı belə formada mübarizə apardıq. Uzun müddət çıxış etmədiyimi və ilk oyunumun "Hayduk" kimi komandaya qarşı olduğunu nəzərə alsaq, öz performansımdan məmnunam.

- ⁠"Zirə"ni yay fasiləsində tərk edəcəyiniz gözlənilirdi. Sizi burada saxlayan əsas məqam nə oldu?

- ⁠Təbii ki, müəyyən problemlər ola bilər. Artıq bunlar keçmişdə qaldı. Keçmişi yada salmaq istəməzdim. Hazırkı vəziyyətdə "Zirə" ilə müqaviləm var. Hamımız peşəkarıq. Müqaviləmin davam etdiyini də nəzərə alsaq, bu komanda üçün əlimdən gələnin ən yaxşısını etməliyəm.

- ⁠Yenə Xorvatiya klubu ilə qarşılaşırsınız, azarkeşlər penaltilər seiyasında Tyaqodan ötənilki performansı gözləsinmi?

- ⁠Təbii ki, oyun ötənilki kimi, əlavə vaxta getsə, penaltilərdən faydalanmağa çalışacağıq. Mən də əlimdən gələni əsirgəməməyə çalışacağam.

- ⁠8-ci km stadionu sizə yad arenadır. Burada özünüzü diskomfort hiss etdinizmi?

- Xeyr, heç də yad olduğunu düşünmürəm. Zirə İdman Kompleksi avrokubok oyunlarını keçirmək üçün əlverişli deyil. Ona görə "Neftçi" rəhbərliyinə də təşəkkür edirəm, bizə bu gün burada çıxış etməyə şərait yaratdı. "Zirə" və ya "Neftçi" fərq etmir, Azərbaycanda, yəni evdə çıxış edirdik. Artıq səfərdə rəqibi 30 mindən çox azarkeş dəstəkləyəcək. Bu gün bu stadiona gəlib bizi dəstəkləyən azərbaycanlı azarkeşlərin hər birinə təşəkkür edirəm.

- ⁠Cavab görüşündə şansları necə dəyərləndirirsiniz?

- ⁠İlk oyun heç-heçə ilə nəticələndi. Biz bu gün qələbə də qazana bilərdik. Hesab həm rəqibin, həm də bizim xeyrimizə bitə bilərdi. Düşünürəm ki, azarkeş amili növbəti oyunumuza elə də çox təsir etməyəcək. Bu gün burada görüşü heç-heçə ilə başa çatdırdlqsa, təbii ki səfərdə də qələbə qazanmağa çalışacağıq. Azarkeş amilinin yüksək mənada təsiri olmayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:45

Emeri “Mançester Siti” üzərində qələbədən sonra: “Fantastik gün idi”

Digər
Bu gün, 20:25

Azərbaycan klubu avrokuboklarda məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Qarabağ FK
Bu gün, 17:43

Andrade “Qarabağ”dan Ukraynanın lideri “Polisiya”ya qızaq... (Wait, let's look closer at the text. The text says he moved in summer 2026? That's in the future. It says "Xatırladaq ki, Andrade 2026-cı ilin yayında "Qarabağ"dan "Polissya"ya keçib." This is

Oxşar xəbərlər