Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında danışarkən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında yüksək fikirdə olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, Ertem Şener Q.Qurbanovun Avropanın nəhəng klublarına rəhbərlik etməyə layiq olduğunu bildirib.
E.Şener vurğulayıb ki, Qurban Qurbanov nəinki Türkiyə klubları, hətta "Real"(Madrid), "Barselona", "Mançester Siti", "Bavariya" kimi Avropa nəhənglərinə layiq bir baş məşqçidir.
"O, çox ağıllıdır", - deyə şərhçi bildirib.
E.Şener, həmçinin "Qarabağ"ın baş məşqçisi ilə görüşmək və şəkil çəkdirmək arzusunda olduğunu deyib.