top
Türkiyədə mərc qalmaqalı: Fənərbağça və Qalatasaray futbolçuları da daxil olmaqla çoxsaylı həbslər Idman.biz
09 dekabr 2025, 09:25
- ↺ +

Türkiyədə mərc qalmaqalı: "Fənərbağça" və "Qalatasaray" futbolçuları da daxil olmaqla çoxsaylı həbslər

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaş mərc qalmaqalı ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan onlarla şəxs arasında yer alıb.

İdman.Biz xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mert Hakan Yandaş, "Qalatasaray"ın futbolçusu Metehan Baltacı, "Konyaspor"un oyunçusu Alassane Ndao, "Adana Demirspor"un sabiq prezidenti Murat Sancak, eləcə də Kerem Yusuf Sirkeci, Emircan Çiçek, İzzet Furkan Malak və Bartu Kaya da daxil olmaqla bir çox şəxs barəsində həbs qətimkan tədbiri seçib. Bir sıra digər futbolçu və funksionerlər haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

İstintaqın materialında Mert Hakan Yandaşın 2021-ci ilin dekabrı ilə 2025-ci ilin oktyabrı arasında Ersen Dikmenə milyonlarla lirə məbləğində vəsait köçürdüyü, həmin pulların qısa müddətdə rəsmi mərc saytlarına yönləndirildiyi qeyd olunub. Yandaşın rəqəmsal daşıyıcılarında "Fənərbağça"nın oyunlarına edilən kupon görüntülərinin tapıldığı, bununla da öz komandasının matçları da daxil olmaqla, nəticələrə təsir göstərə biləcək mərc fəaliyyətlərində iştirakı ehtimalının araşdırıldığı vurğulanıb.

Sənədlərdə bir çox futbolçunun oynadığı və ya müqavilə ilə bağlı olduğu klubların matçlarına "rəqib qazanır", "komandam qazanır", "2,5 qol alt/üst", eləcə də bərabərlik ssenariləri ilə mərc etdiyinə dair qeydlər yer alıb. Bəzi şübhəlilərin həm rəsmi mərc platformalarında, həm də müxtəlif mərc saytlarında hesablarının və kupon görüntülərinin aşkarlandığı bildirilir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Bu gün, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Bu gün, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Bu gün, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Bu gün, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Bu gün, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Bu gün, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Bu gün, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Bu gün, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Bu gün, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Bu gün, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
Dünən, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
Dünən, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
Dünən, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
Dünən, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
Dünən, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
Dünən, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Futbol
Dünən, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Dünən, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Dünən, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Dünən, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Dünən, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Dünən, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Oxşar xəbərlər