Türkiyənin 3-cü Liqasında mübarizə aparan "Çorluspor 1947"nin məşqçisi Ersin Akaya gəzinti zamanı naməlum şəxsin hücumuna məruz qalıb.
İdman.biz Milliyet.com.tr-a istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 15:00 radələrində baş verib.
Tapançadan ağır güllə yarası alan Akan yerə yıxılıb. Hücum edən şəxs hadisə yerindən qaçıb. Dərhal məşqçi xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hadisə yerində araşdırmaya başlayıb. Şübhəli şəxsin tutulması istiqamətində işlər davam etdirilir.
İdman.biz