top
Türkiyədə danışılmış oyun və mərc istintaqında futbolçular və məşhur teleaparıcılar da daxil olmaqla çox sayda şübhəli saxlanıldı Idman.biz
05 dekabr 2025, 13:35
- ↺ +

Türkiyədə danışılmış oyun və mərc istintaqında futbolçular və məşhur teleaparıcılar da daxil olmaqla çox sayda şübhəli saxlanıldı

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı danışılmış oyun və mərc istintaqı çərçivəsində ümumilikdə 35 şübhəli saxlanılıb.

İdman.Biz xəbər verir ki, MASAK və PFDK-nın təqdim etdiyi məlumatlar əsasında 101 futbolçu maliyyə və mərc fəaliyyətləri baxımından təhlil edilib. Araşdırma nəticəsində "Qalatasaray"ın futbolçusu Metehan Baltacı da daxil olmaqla 27 oyunçunun öz komandalarının iştirak etdiyi matçlara mərc etdiyi aşkarlanıb.

İstintaq materiallarında "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaşın isə başqa şəxsin adına açılmış hesab üzərindən qanuni mərc saytlarında mərc oynadığı müəyyənləşib.

"Ankaraspor" –" Nazilli" qarşılaşması ilə bağlı beş nəfər barəsində "oyunun nəticəsinə təsir göstərmə" şübhəsi formalaşıb. "Ümraniyespor" – "Giresunspor" matçı ilə əlaqədar isə danışılmış oyun razılaşmasının mövcud olduğu iddia edilir və bu epizod üzrə altı nəfər müəyyənləşdirilib.

Araşdırma çərçivəsinə "Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak, keçmiş hakim Ahmet Çakar, hakim Zorbay Küçük və həyat yoldaşı da "şübhəli maliyyə əməliyyatları" əsas gətirilərək saxlanılıb.

Bundan başqa, məşhur televiziya aparıcıları Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu da jandarma əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb.

12:15

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən futbolda danışılmış oyun və mərc iddiaları ilə bağlı başladılan əməliyyat davam etdirilir.

İdman.Biz xəbər verir ki, 2023-2024 mövsümündə Türkiyə 2-ci Liqasında keçirilmiş bir matçla bağlı danışılmış oyun və mərc iddiaları əsasında aparılan istintaq çərçivəsində bir sıra klub prezidentləri və çoxlu sayda peşəkar futbolçu saxlanılıb.

Əməliyyat zamanı "Fənərbaxça" klubunun futbolçusu Mert Hakan Yandaş, "Qalatasaray"ın oyunçusu Metehan Baltacı və "Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak da gözaltına alınanlar arasında yer alıb.

Məlumata görə, hüquq-mühafizə orqanları paralel olaraq bir neçə şəhərdə əməliyyat keçirib və şübhəli şəxslər prokurorluğa aparılıb. İstintaqın ilkin mərhələsində əldə olunan məlumatların əməliyyatın daha da genişlənə biləcəyini göstərdiyi bildirilir.

Hazırda saxlanılan şəxslərin ifadələri alınır, istintaq davam edir. Rəsmi qurumlar tərəfindən yaxın saatlarda məsələ ilə bağlı daha geniş açıqlamanın verilməsi gözlənilir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Bu gün, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Bu gün, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Bu gün, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Oxşar xəbərlər