top
Türkiyə Superliqası: Fənərbağça evdə Göztəpə ilə heç-heçə etdi, digər oyunların nəticələri Idman.biz
25 yanvar 2026, 23:11
- ↺ +

Türkiyə Superliqası: "Fənərbağça" evdə "Göztəpə" ilə heç-heçə etdi, digər oyunların nəticələri

Türkiyə Super Liqasının 19-cu turunda "Fənərbağça" öz meydanında "Göztəpə"ni məğlub edə bilməyib. Kadıköydə keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüşdə hesab 17-ci dəqiqədə açılıb. Musabanın sol cinahdan ötürməsindən sonra Dorqeles Nene topu boş qapıya göndərərək "Fənərbağça"nı irəli çıxarıb. Lakin üstünlük uzun sürməyib. 24-cü dəqiqədə Arda Okan Kurtulanın ötürməsindən sonra Janderson yaxın məsafədən fərqlənərək tarazlığı bərpa edib.

Matç ərzində hər iki komanda təhlükəli epizodlar yaratsa da, zərbələrdən bəziləri dirəyə tuş gəlib, bəziləri isə dəqiqlikdən uzaq olub. Qalan dəqiqələrdə hesab dəyişməyib.

Bu nəticədən sonra "Fənərbağça" 43 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider "Qalatasaray"la xal fərqi üçə yüksəlib. "Göztəpə" isə 36 xalla dördüncüdür.

Növbəti turda "Fənərbağça" səfərdə "Kocaelispor"la, "Göztəpə" isə öz meydanında "Fatih Karagümrük"lə üz-üzə gələcək.

"Rizəspor" - "Alanyaspor" oyunu isə gərginliyi ilə yadda qalıb. 1:1 hesabı ilə başa çatan matçda meydan sahibləri erkən qırmızı kartla azlıqda qalıb. Yannis Papanikolau altıncı dəqiqədə meydandan qovulub. 43-cü dəqiqədə qonaq komandanın oyunçusu Maestro da eyni aqibəti yaşayıb.

Oyunda hesabı "Rizəspor" açıb. 80-ci dəqiqədə Valentin Miheyle fərqlənib. Qonaqların bərabərlik qolunu 89-cu dəqiqədə Stiv Munye vurub.

Hazırda "Rizəspor" turnir cədvəlində 19 xalla 12-ci, "Alanyaspor" isə 22 xalla 10-cu pillədə qərarlaşıb.

20:14

Superliqanın 19-cu turunda "Gənclərbirliyi" "Antalyaspor"un qonağı olub.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 13-cü dəqiqədə qonaqlar açıb. Sekou Koita fərqlənib. 26-cı dəqiqədə ev sahibləri Dario Şariçin qolu ilə hesabı bərabərləşdirib. "Anatalyaspor"un qələbə qolunu 63-cü dəqiqədə Sander van de Strik vurub.

Qələbə ilə "Antalyaspor" xallarını 19-a çatdırıb.

19:00

Türkiyənin Superliqasının 19-cu turunda "Qaziantep" "Konyaspor"u qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ev sahibləri hesabı 45+3-cü dəqiqədə Deyan Soreskunun qolu ilə açıb. "Konyaspor"u məğlubiyyətdən xilas edən qol isə 88-ci dəqiqədə Blaz Kramer tərəfindən vurulub.

Bu nəticədən sonra qələbəsizlik seriyası altı oyuna çatan "Qaziantep"nin xalı 25-ə yüksəlib. Qələbə həsrəti doqquz oyuna çatan "Konyaspor" isə 19 xalla kifayətlənib.

Növbəti turda "Qaziantep" səfərdə "Gənclərbirliyi" ilə, "Konyaspor" isə "Beşiktaş"la üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 18:59

Manchester City futbolçusu Fil Foden: Ən yaxşı formama qayıtmaq istəyirəm

Digər
Bu gün, 18:53

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Basketbol
Bu gün, 18:52

İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər

Futbol
Bu gün, 18:51

Marko Asensio 3 ay boyu yaşıl meydanlardan uzaq qala bilər

Digər
Bu gün, 18:45

Yunanıstan basketbolunda böyük qalmaqal: hakimin evindən 800 min avro tapıldı

Digər
Bu gün, 18:39

Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı

Digər
Bu gün, 18:24

Maykl Karrik Fabreqası təriflədi

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Güləş
Bu gün, 17:55

Keçmiş Olimpiya güləşçisi Natiq Eyvazov Füzulidə gənclərin idmana cəlb edilməsini təşviq edir

Digər
Bu gün, 17:40

“Sabah”ın qapıçısı yenidən Qazaxıstan millisindən dəvət alıb

Qarabağ FK
Bu gün, 17:26

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

Digər
Bu gün, 17:20

"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

Digər
Bu gün, 17:17

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Digər
Bu gün, 17:16

Biletin qiyməti 3 minə qədər: “Qızıl top” mərasimində iştirak neçəyə başa gəlir?

Digər
Bu gün, 17:16

U-15 dünya çempionatında 22 yığma niyə iştirak etməyəcək? - İdman səbəbləri və siyasi fikir ayrılıqları - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Futbol
Bu gün, 17:01

Barselona’da yeni itki: Dani Olmo “El Clásico”da iştirak etməyəcək

Qarabağ FK
Bu gün, 16:46

“Borussiya Dortmund” “Sabah”la qarşılaşmadan sonra Bakıda məşq etdi - FOTO

Futbol
Bu gün, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Futbol
Bu gün, 16:33

Fransa Liqa 1-də “Tuluza”‑“Trua” oyunu etirazlara görə bir gün gecikdirildi

Qarabağ FK
Bu gün, 16:31

Nəriman Axundzadə: “Azərbaycana qayıtmağı düşünmürəm”

Digər
Bu gün, 16:30

Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO

Digər
Bu gün, 16:16

“Karvan-Yevlax”ın qapıçısı hədəfini açıqladı

Oxşar xəbərlər