"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? Sport24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ölkə başçısı milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib:
"Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib"
Qeyd edək ki, Merih Demiral Almaniyanın ev sahibliyi etdiyi qitə çempionatında Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında "boz qurd" işarəsi göstərib. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.