DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin üçüncü turunun Bolqarıstan – Türkiyə matçı başa çatıb.
Komandalar ilk hissədə hərəyə bir qol vurublar. Qonaqların heyətində 11-ci dəqiqədə Arda Gülər, Bolqarıstandan isə 13-cü dəqiqədə Radoslav Kirilov fərqlənib.
İkinci hissədə, 49-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Viktor Popov avtoqola imza atıb.
Bundan sonra Kənan Yıldız 52 və 56-cı dəqiqələrdə Türkiyə millisinin heyətində iki qol vurub. Həmçinin türklərdən 66-cı dəqiqədə Zeki Çelik və 90+3-cü dəqiqədə İrfan Kahveci fərqlənib – 1:6.
Bu oyundan sonra Türkiyə altı xalla E qrupunda ikincidir, bolqarların isə xalı yoxdur.