Futbol üzrə Türkiyə yığması yoldaşlıq oyununda qüvvəsini sınayb.
İdman.biz xəbər verir ki, "ay-ulduzlar" ABŞ-da yerli komandanın qonağı olublar.
Görüşə meydan sahibləri yaxşı başlayıblar. Makglin 1-ci dəqiqədə hesabı açıb. Türkiyə millisi fasiləyə kimi önə keçə bilib. Arda Gülər və Kerem Aktürkoğlu 3 dəqiqəyə iki dəfə fərqləniblər. Sonadək 2:1 nəticəsi dəyişməyib.
Qeyd edək ki, Vinçentso Montellanın komandası ayın 11-də Meksika ilə qarşılaşacaq.
İdman.biz