"Beşiktaş" klubunun prezidenti Hasan Arat tutduğu vəzifədən istefa verib.
İdman.biz xəbər verir ki, İstanbul təmsilçisi bu barədə sosial media hesabından məlumat yayıb.
Hasan Arat iki gün əvvəl "Beşiktaş"ın futbol şöbəsinin rəhbəri vəzifəsindən də istefa vermişdi.
Qeyd edək ki, 65 yaşlı keçmiş basketbolçu 5 dekabr 2023-cü ildə klubun prezidenti seçilmişdi. Hasan Arat 1977-1982-ci illərdə "Beşiktaş"ın basketbol komandasında çıxış edib.
İdman.biz