Türkiyə əsilli futbolçu Alim Aykut Esgi Almaniyada həbs olunub.
İdman.biz xəbər verir ki, 25 yaşlı oyunçunun narkotik satışını təşkil edən qruplaşmanın üzvü olduğu aşkarlanıb.
O, Almaniyada 11 bombalı hücumda təqsirli bilinib. Aykut Esgi "girov götürmə və qəsdən xəsarət yetirmə" maddələri ilə üzrə təqsirləndirilib.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Alim "Kayserispor" U21, "Karagümrük", "Darıca Gənclərbirliyi", "Akhisarspor", "İstanbulspor" və "Bayrampaşa"nın formasını geyinib. Esginin son klubu Bosniya və Herseqovina klubu "Qabela" olub.
İdman.biz