top
Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq” Idman.biz
Bu gün, 20:04
- ↺ +

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

"Turan Tovuz" futbol klubunun vitse-prezidenti Həsən Zeynalov komandadakı rəqabət, azərbaycanlı futbolçuların əsas heyətdə az yer alması və baş məşqçinin gələcəyi ilə bağlı sualları cavablandırıb.

İdman.Biz xəbər verir ki, klub rəsmisi komandada yerli futbolçuların sayının artırılmasını istədiklərini, lakin əsas heyətdə yer almağın rəqabətdən asılı olduğunu bildirib.

"Komandamızda yerli futbolçular var. Sadəcə, rəqabət mövcuddur. Tam səmimi deyirəm, Azərbaycan futbolunu sevən bir insan kimi çox istərdim ki, komandamızda daha çox azərbaycanlı futbolçu olsun. Amma futbol rəqabət oyunudur. Meydanda futbolçunun milliyyəti önəmli deyil", - deyə Zeynalov söyləyib.

Vitse-prezident futbolçuların transferi istiqamətində də çalışmalar aparıldığını vurğulayıb:

"Bu il bunun üçün çox çalışdıq. Hətta bir neçə futbolçu ilə şəxsən özüm görüşdüm. Amma rəqabət apara biləcək futbolçuları komandaya gətirmək asan deyil".

Zeynalov mövsümün sonunda qarşıya qoyulan məqsədlərə çatılmayacağı təqdirdə baş məşqçinin gələcəyinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala da cavab verib:

"Baş məşqçi ilə klub rəhbərliyi arasında müzakirələr aparılır. Mövsümün sonunda nəticələrə baxılacaq. Nəyin niyə baş verdiyini, hansı səbəblərdən müəyyən nəticələri əldə edə bilmədiyimizi araşdıracağıq. Burada yalnız baş məşqçinin taktiki qərarlarından söhbət getmir. Bizim özümüzdən asılı olan səbəblər də var. Bütün məqamlar diqqətlə təhlil edildikdən sonra müvafiq qərarlar verilə bilər".

Klub rəsmisi media ilə münasibətlərə də toxunaraq klubun hər zaman jurnalistlərlə açıq ünsiyyətə üstünlük verdiyini bildirib. Bununla yanaşı, o, bəzi məlumatların dəqiqləşdirilmədən yayımlanmasından narazılığını ifadə edib:

"Biz həmişə mediaya yaxın olmuşuq. Şəxsən mən jurnalistlərlə ünsiyyəti sevirəm. Amma hesab edirəm ki, subyektiv fikirlər deyil, obyektiv məlumatlar ictimaiyyətə çatdırılmalıdır. Baş məşqçimiz haqqında yazılan bəzi fikirlər həqiqətə uyğun deyil".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Oxşar xəbərlər