"Turan Tovuz"un Təbrizin "Traktor" klubu ilə yoxlama oyunu baş tutmayacaq.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Türkiyə təlim-məşq toplanışı çərçivəsində iyulun 29-da "Traktor"la keçirilməsi nəzərdə tutulan yoxlama oyunu komandaların hazırlıq planındakı dəyişiklik və Tovuz təmsilçisindən asılı olmayan səbəblərdən baş tutmayacaq.
İdman.biz