top
Turan Tovuzun təlim-məşq bazasında yeni meydançanın açılışından fotolar Qol.az
21 aprel 2025, 17:35
- ↺ +

"Turan Tovuz"un təlim-məşq bazasında yeni meydançanın açılışından fotolar

Bu gün "Turan Tovuz"un Kürdəxanı qəsəbəsində yerləşən Hünər təlim-məşq bazasının inşası çərçivəsində nəzərdə tutulan standart ölçülü təbii örtüklü meydançalardan ilkinin açılış mərasimi keçirilib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə millət vəkilləri Arzu Nağıyev və Azər Allahverənov, "Turan Tovuz" PFK-nın idarə heyətinin sədri Ehtiram Quliyev, idarə heyəti üzvləri, futbol veteranları, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

İstifadəyə verilən meydançanın ümumi ot örtüyü sahəsi 114 x 74 metr təşkil edir. Meydança beynəlxalq standartlara uyğun ot örtüyü və digər texniki göstəricilərə uyğun salınıb. Bundan başqa meydançaya bitişik 20x30 metrlik köməkçi məşq zonası, 20x10 metrlik açıq tipli isinmə hərəkətləri üçün məşq zonası var. Ərazidə inzibati bina və çəkiliş qülləsi tikilib.

İnzibati binada 55 kvadratmetrlik toplantı otağı, 32 nəfər üçün nəzərdə tutulan soyunub-geyinmə otağı, 12 yerlik duş, ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq var.

Bundan əlavə binanın daxilində 25 kvadratmetrlik buz hovuzu, 20 kvadratmetrlik sauna, həkim və masaj otaqları komandaların ixtiyarına verilib.

Yoldaşlıq oyunlarını nəzərə alaraq bina daxilində 70 kvadratmetrlik, 15 yerlik soyunub-geyinmə otağı, 6 yerlik duş, ayrıca ayaq yumaq üçün yer və sanitar qovşaq qurulub.

Oyunları izləmək üçün hər mərtəbəsi 12 kvadratmetrdən ibarət olan 3 mərtəbəli izləmə qülləsi tikilib.

Qüllənin birinci mərtəbəsində binanın istilik və su təchizatını təmin etmək üçün müasir standartalara uyğun qazanxana sistemi yığılıb.

İkinci mərtəbə rəhbərlik və məşqçi heyətinin oyunu daha rahat izləməsi üçün nəzərdə tutulub.

Üçüncü mərtəbədə kamera nəzarət otağı yerləşir. Dam hissəsi isə açıq çəkiliş meydançası üçün nəzərdə tutulub.

Bundan əlavə stadion və ümumi ərazi yağış və suvarma sularına qarşı yüksək keyfiyyətli drenaj xətləri və quyuları quraşdırılıb. Ərazidə əlavə olaraq 100 tonluq köməkçi yanğın və suvarma su anbarı da istifadəyə verilib.

Qeyd edək ki, ümumi ərazisi 5 hektardan böyük olan Kürdəxanı layihəsi çərçivəsində əsas korpus binasının tikintisi və əlavə 2 təbii örtüklü meydançanın salınması prosesi davam edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Oxşar xəbərlər