top
Turan Tovuzun legioneri: Doğma azarkeşlərimiz önündə çıxış etmək komandamız üçün müsbətdir Idman.biz
28 oktyabr 2025, 15:11
- ↺ +

"Turan Tovuz"un legioneri: Doğma azarkeşlərimiz önündə çıxış etmək komandamız üçün müsbətdir

"Bütün oyunlar çətin keçir. Ümumiyyətlə, liqada ildən-ilə inkişaf nəzərə çarpır".

Bunu "Turan Tovuz"un ispaniyalı yarımmüdafiəçisi Alexandro Serrano qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Karvan-Yevlax"ı məğlub etdiniz. Əzmkar qələbəni (2:1) necə şərh edərdiniz?

- Oyuna yaxşı başlamadıq. Rəqib kompakt şəkildə müdafiə olunurdu. Bu da işimizi çətinləşdirirdi. Topla oynamağa çalışırdıq. Bəzən bu alınmırdı. İkinci hissədə qapımızda qol gördük. Bu, bizim üçün heç də yaxşı hal deyildi. Nə yaxşı ki, bundan sonra toparlandıq və qələbə qazandıq. Üç xalı çox çətinliklə əldə etdik.

- Vurduğunuz qolun oyunun gedişatını dəyişməsi baxımıdan həlledici olması fikri ilə razısınız?

- Qol vurduğum üçün sevincliyəm. Həmin anda hesabda geridə idik. Mən hesabı bərabərləşdirdim və bu qol bizi oyunda saxladı. Daha sonra ikinci dəfə fərqləndik və qələbə qazandıq.

- Komandaya bir qədər gec qoşulduğunuzu nəzərə alsaq, öz performansınızı necə dəyərləndirirsiniz?

- Oyunum barədə çox danışmaq istəməzdim. Əsas odur ki, biz qələbə qazandıq. Buna görə də sevincliyəm.

- Legioner limitinin ləğvindən sonra Misli Premyer Liqasının səviyyəsində dəyişiklik hiss olunur?

- Çemıpionatın səviyyəsi artıb. Ötən mövsümlə müqayisədə fərq var. Hazırda 12 komanda çıxış edir. Bütün oyunlar çətin keçir. Ümumiyyətlə, liqada ildən-ilə inkişaf nəzərə çarpır.

- Növbəti turda "Şamaxı" ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Çətin oyun olacaq. "Şamaxı"nın baş məşqçisi rəqibə uyğun taktika qurur. Əminəm ki, bizə qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Lakin bizim də hədəfimiz 3 xal qazanmaqdır.

- Həm də nəzərə alaq ki, bu matçda komanda doğma Tovuza qayıdır...

- Əlbəttə, bu məqam çox vacibdir. Komandamız üçün müsbət haldır. Yenidən doğma azarkeşlərimiz önündə çıxış edəcəyimiz üçün çox məmnunuq. Məhz onlar üçün həmin görüşdə 3 xal qazanmalıyıq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
09 oktyabr 2026, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
09 oktyabr 2026, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
09 oktyabr 2026, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
09 oktyabr 2026, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
09 oktyabr 2026, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Oxşar xəbərlər