top
Turan Tovuzun kapitanı Şəhriyar Əliyev: Sona qədər zirvədə qalmaq istərdik, çempionatın sonuna qədər mübarizə aparacağıq Idman.biz
26 oktyabr 2025, 20:07
- ↺ +

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev: "Sona qədər zirvədə qalmaq istərdik, çempionatın sonuna qədər mübarizə aparacağıq"

"Ağır oyun olacağını bilirdik. Son turda qapısında çox qol görməsinə baxmayaraq, "Karvan-Yevlax" müdafiədə etibarlı oynayır. Yaxşı komandaya qarşı çıxış etdik. Çox çətin olsa da, qələbə qazana bildik. 3 xal bizim üçün çox vacib idi".

Bu sözləri "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev qol.az-a Misli Premyer Liqasının 9-cu turunda "Karvan-Yevlax"ı Şamaxıda 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan çempionatında zəif rəqib yoxdur: "Hər komanda digərindən xal ala bilir. Heç bir rəqibə zəif gözü ilə baxmaq olmaz. Belə düşünsən, səni cəzalandıracaqlar".

33 yaşlı müdafiəçi "Turan Tovuz"un yenidən liderliyə yüksəlməsinə münasibət bildirib: "Rəqiblərimiz çox güclüdür. Əlbəttə, çox istərdik ki, sona qədər zirvədə qalaq. Lakin bu, elə də asan deyil. İstənilən halda çempionatın sonuna qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümü üst pillələrdə başa vuraq".

Əliyev növbəti turda "Şamaxı"ya qarşı keçirəcəkləri matçdan da söz açıb: "Nəhayət ki, Tovuzda, doğma azarkeşlərimiz önündə oynayacağıq. Onlar üçün darıxmışıq. Ümid edirik ki, "Şamaxı" ilə görüşə qədər zədəlilərimiz də sağalacaq. Çalışacağıq 100 faiz hazır olaq, qələbə qazanaq və bunu azarkeşlərimizə həsr edək".

Təcrübəli müdafiəçi "Turan Tovuz" azarkeşlərindən razılığını ifadə edib: "Bakıda oynayanda da özümüzü evdəki kimi hiss edirik. Çünki fanatlar bizə çox yaxşı dəstək olurlar. Lakin Tovuzda azarkeş sayı daha çox olur, ətraf rayonlardan da gəlirlər. Çalışacağıq azakeşlərimizi sevindirək".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Bu gün, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Bu gün, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Bu gün, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Bu gün, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Bu gün, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Bu gün, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
Dünən, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
25 sentyabr 2026, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
25 sentyabr 2026, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Qarabağ FK
25 sentyabr 2026, 20:19

Dudek Koxalskinin “Qarabağ”ı tərk edərək “Vyeçista Krakov”a keçməsini rahatlıq seçmək kimi tənqid etdi

Futbol
25 sentyabr 2026, 19:58

“Yuventus” Fransisko Konseysao ilə yeni müqavilə imzalamaq üçün hazırlıqlar aparır

Oxşar xəbərlər