top
“Turan Tovuz”un kapitanı: “Hər kəs əlini daşın altına qoymalıdır” İdman.biz
21 noyabr 2024, 16:00
- ↺ +

“Turan Tovuz”un kapitanı: “Hər kəs əlini daşın altına qoymalıdır”

"Ötən tur səfərdə "Səbail"lə ağır görüş keçirdik. Premyer Liqa elədir ki, bütün komandalar bir-birindən xal ala bilir. Sonuncu yerdə gedən komandanın liderdən xal qazanmasının şahidi də olmuşuq".

İdman.biz xəbər verir ki, bu sözləri Apasport.az saytına açıqlamasında Şəhriyar Əliyev deyib.

"Turan Tovuz"un kapitanı növbəti turla bağlı fikirlərini bildirib: "Sabah"la doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Buna baxmayaraq, çox ağır matç olacaq. Rəqibimiz ölkə çempionatının ən güclü komandalarından biridir. Hətta deyərdim ki, hücum xəttinə görə ən güclüsüdür. Müdafiədə də etibarlı oynayırlar. Həm avrokubokda, həm də Premyer Liqada çox yaxşı çıxış etdilər. Çətin olacaq, lakin uğurlu nəticə qazanmağa çalışacağıq".

Təcrübəli futbolçu komandanın ümumi durumunu dəyərləndirib: "Milli fasilədə həm zədəlilərimiz geri döndü, həm də oyun formasını bərpa etdik. Analizlərimizi də yenidən nəzərdən keçirdik. Hər keçən gün daha güclü olmağı hədəfləyirik. Artıq Yunis Hüseynov da komandamıza qoşulub, öz təcrübəsini futbolçulara ötürməyə çalışır. Hər kəs uğur qazanmaq üçün bacardığını edir".

Əliyev kuboku çempionata qurban verməyəcəklərini bildirib: "Həm çempionatda, həm də kubokda oynamaq üçün geniş heyətin olmalıdır. Düşünmürəm ki, biz hansınısa qurban verək. Məqsədimiz hər iki turnirdə uğur qazanmaqdır. Sona qədər mübarizə aparacağıq".

O, Azərbaycan yığmasının durumu barədə də danışıb: "Millinin məğlubiyyəti hər birimizə təsir edir. Heç birimiz istəməzdik ki, D Liqasına düşək. Estoniyaya səfərdə məğlub olmuşduq. Lakin düşünmürəm ki, pis oynamışdıq. Sadəcə şanslarımızdan istifadə edə bilməmişdik. Eynilə də evdəki oyunda rəqibdən çox üstün idik. Yığmada oynasaq da, oynamasaq da hər birimiz məyusuq. Bu vəziyyətdən çıxmaq lazımdır. Bunun üçün də hər kəs əlini daşın altına qoymalıdır. Futbolumuzun daha yaxşı yerlərə gəlməsi üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasının XIV turunda "Sabah"la qarşılaşacaq. Görüş noyabrın 14-də Tovuz şəhər stadionunda baş tutacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Oxşar xəbərlər