top
Turan Tovuzun futbolçusu: Bütün sənədlərim qaydasındadır, millinin şərəfini qorumaq istəyərəm - MÜSAHİBƏ Report.az
03 aprel 2025, 16:51
- +

"Turan Tovuz"un futbolçusu: "Bütün sənədlərim qaydasındadır, millinin şərəfini qorumaq istəyərəm" - MÜSAHİBƏ

"Turan Tovuz"un futbolçusu Ayxan Quseynov "Report"a müsahibə verib. Yarımmüdafiəçi Misli Premyer Liqasında "Qarabağ"a uduzduqları oyun barədə danışıb. O, həmçinin qərb təmsilçisinin avrokubok şanslarını dəyərləndirib.

- Premyer Liqanın XXVIII turunda doğma meydanda "Qarabağ"a 1:4 hesabı ilə məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz?

- Əslində meydana qələbə əzmi ilə çıxmışdıq. Təəssüf ki, istədiyimizi həyata keçirə bilmədik. İlk qolu buraxdıqdan sonra hesabı bərabərləşdirdik. Lakin bərabərliyi qorumaq mümkün olmadı. Bəlkə hesab bərabər olarkən 15 dəqiqə dözə bilsəydik, nəticə başqa cür ola bilərdi. Ancaq bunu bacarmadıq. Qarşılaşmanın sonlarında doğru yorğunluq sözünü dedi və ardıcıl qollar buraxdıq. "Qarabağ"ın yaxşı oynadığını da vurğulamalıyam.

- Sizcə, hesab oyuna görə oldu?

- İkinci hissənin ortalarına qədər qarşılıqlı mübarizə gedirdi. Yaxşı hücumlar təşkil edirdik, rəqib üzərində təzyiq yarada bilirdik. Lakin dediyim kimi, sonradan gələn yorğunluq hissi bizi geri saldı. İki dəfə bizi əks-hücumda yaxalayan rəqib istədiyi qolları vurdu və qələbə qazandı.

- Cari mövsümdə "Qarabağ"a qarşı keçirilən ilk 3 matçda məğlub olmamışdınız. Demək olar ki, rəqib bu dəfə sizə qarşı daha ciddi hazırlaşmışdı?

- Razıyam, əvvəlki 3 oyunda bizə qalib gələ bilməmişdilər. Hətta iki dəfə məğlub olmuşdular. Yəqin bütün bunlar onlara xüsusi motivasiya verirdi. "Qarabağ"ın yüksək səviyyəli çıxışını da unutmaq olmaz. Onlar xırda səhvləri bağışlamırlar.

- Oyunun əvvəlində rəqib qapısına yol tapsanız da, baş hakim topa əllə toxunduğunuzu bildirərək qolu hesaba almadı. Bu epizodun əsas iştirakçısı kimi nə deyə bilərsiniz?

- Elə futbolçu deyiləm ki, baş hakimlə sona qədər mübahisə edim. Onsuz da indiki futbolda VAR mövcuddur. Topun əlimə dəydiyini də hiss etmişdim. Qolun sayılmayacağını əvvəlcədən bilirdim.

- "Turan Tovuz" ardıcıl 4 oyundur qələbə qazana bilmir. Uğursuz çıxışın səbəbini nədə görürsünüz?

- Bəzi epizodlarda səhvlərə yol veririk. Avrokuboklara düşmək istəyiriksə, adi səhvlər buraxmamalıyıq. Meydanda daha soyuqqanlı olmalıyıq. Bəzən sadaladığım amillər çatışmır. Belə olan halda da məğlubiyyət qaçılmaz olur. Yenidən qələbələri sıralamaq üçün əlimizdən gələni etməyə çalışırıq.

- Xal itkilərindən sonra baş məşqçi Kurban Berdıyev futbolçularla hansı söhbətləri aparır?

- Elə "Qarabağ"la oyundan sonra müəyyən söhbətlər oldu. O bildirdi ki, daha ehtiyatlı oynamalıyıq. Az əvvəl qeyd etdiyim məsələləri bizə söylədi. Meydanda soyuqqanlı olmağımızı və fürsətləri dəyərləndirməyimizi söylədi.

- Komandanın avrokubok şanslarını necə dəyərləndirirsiniz?

- Mövqeyimizi itirməmişik. Şanslarımız davam edir. Mümkün qədər xal itkilərindən uzaq olmalıyıq. Növbəti matçlarda qələbələr qazanaraq xal ehtiyatımızı artırmalıyıq. Mövqeyimizi itirməsək, Konfrans Liqasına düşə bilərik.

- İki gün sonra sizi Premyer Liqada "Səbail"lə oyun gözləyir. Təəssuratlarınız necədir?

- Qarşıda bizi "Səbail"lə çətin oyun gözləyir. Bu qarşılaşmaya olduqca ciddi hazırlaşacağıq. Heç kim düşünməsin ki, "Səbail" sonuncu yerdə gedir deyə zəifdir. Mən belə düşünmürəm və həmin matç çətin keçəcək. Artıq xal itkisinə "dur" demək istəyirik. Bu komandaya qarşı əvvəlki üç oyunun birində qalib gələ bilmişik. İki görüş heç-heçə yekunlaşıb.

- Azərbaycanlı futbolçu kimi yığmanın Haiti və Belarus millilərinə qarşı keçirdiyi oyunlar barədə nə deyə bilərsiniz?

- Belarusla matçı tribunadan canlı izləmişdim. Düşünmürəm ki, yığma pis çıxış etdi. Hətta bir neçə qol epizodu da yaratmışdıq. Sadəcə, dəqiqlik çatmamışdı. Ümumiyyətlə, bu, son vaxtlar problemə çevrilib. Komanda çoxdandır ki, qol vura bilmir.

- Baş məşqçi Fernandu Santuşdan dəvət gözləyirsiniz?

- Bütün sənədlərim qaydasındadır. Hər bir oyunçu kimi millinin şərəfini qorumaq istəyərəm. Sadəcə, öz üzərimdə çox işləməliyəm ki, məşqçilər korpusunun diqqətini cəlb edim.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Bu gün, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Bu gün, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Bu gün, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Bu gün, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Bu gün, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Futbol
Dünən, 23:57

Chelsea, Barcelona gənc futbolçusu Mark Bernalın transferi üçün mübarizə aparır

Futbol
Dünən, 23:20

Rafael Vieqaş yenidən “İmişli”də imza imzaladı

Futbol
Dünən, 23:00

Elhad Nəziri Gəncəbasarın Xankəndi üzərindəki 2:1 qələbəsini şərh etdi

Futbol
Dünən, 21:26

“Sabah”ın keçmiş məşqçisi Murad Musayevə RPL‑in iyul‑avqust aylarının ən yaxşı məşqçisi mükafatı verildi

Futbol
Dünən, 21:01

Turan Tovuz Aleksa Yankoviçü 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 20:50

"Zirə" futbol klubu Mərakeşli müdafiəçi Mehdi Mişahşahı 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 17:06

Kəpəz kapitanı Dioqo Verdaskanın sağ bud əzələsində yırtıq – 6 həftə müalicə;

Futbol
Dünən, 16:00

“Mançester Yunayted” əfsanəsi Paul Scholes “Sabah” qarşısında komandası üzərində tənqidini bildirdi

Futbol
Dünən, 15:37

“Kəpəz” – “Qəbələ” matçına 3500 bilet satılıb

Basketbol
Dünən, 12:23

“Neftçi” basketbol komandası Aleksa Stepanoviçlə mövsüm sonuna qədər müqavilə imzalayıb

Futbol
Dünən, 01:20

Coy-Lens Mikels: Çempionlar Liqasının ilk oyununda öz futbolumuzu dünya ilə paylaşmaq istəyirik

Futbol
Dünən, 01:03

Qalatasaray məğlub oldu, PSJ 6-1 qələbə ilə qol şousu etdi

Futbol
Dünən, 00:33

Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək

Futbol
Dünən, 00:23

“Sabahın Ulduzları” Bakı Kubokunda “Neftçi” və “Sumqayıt” komandalarının inamlı qələbələri

Futbol
09 sentyabr 2026, 23:44

Skaloninin Argentina millisinin baş məşqçiliyi vəzifəsindən ayrılma düşüncələri

Futbol
09 sentyabr 2026, 23:24

Tibo Kurtua Belçika millisinin çıxışını müvəqqəti dayandırdığını açıqladı

Olimpiada
09 sentyabr 2026, 17:55

MPK rəhbərliyi Cənubi Koreyada “Muju Qran-pri” turnirində qızıl medal qazanan parataekvondoçularla görüşdü

Qolf
09 sentyabr 2026, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Oxşar xəbərlər