top
Turan Tovuzun forvardı: Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik - MÜSAHİBƏ Idman.biz
18 aprel 2025, 15:14
- ↺ +

"Turan Tovuz"un forvardı: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik" - MÜSAHİBƏ

"Turan Tovuz"un hücumçusu Orxan Əliyevin Sportal.az-a müsahibəsi

- Komandanız son turda "Sabah" üzərində 2:1 hesabı ilə qələbə qazandı. Rəqibin meydanda 10 nəfərlə qalması qələbə qazanmağınızda böyük rol oynadı?

- Bu görüş artıq geridə qaldı. O oyuna da yaxşı hazırlaşmışdıq. Meydanda 10 nəfərlə qalmaq məsələsinə gəldikdə, futbolda bu cür hallar baş evrir. Bizim hədəfimiz qələbə qazanmaq idi. Nə baş versəydi belə, qalibiyyəti çox istəyirdik. Əsas odur ki, bunu reallaşdırdıq.

- "Turan Tovuz" uzun müddət idi ki, qələbə qazana bilmirdi. "Sabah" üzərindəki qələbə sizə böyük motivasiya verib?

- Təbii ki, qələbə bizə böyük motivasiya verir. Məşqçilər korpusu və rəhbərlik bizə daim yaxşı dəstək verir. Komanda olaraq özünəinam yaxşı səviyyədədir.

- Komanda bu gün "Araz-Naxçıvan"la qarşılaşacaq. Matç haqda hansı fikirdəsən?

- "Sabah"la görüşdən sonra elə "Araz-Naxçıvan"la matça fokuslanmışıq. Bu oyunun asan keçməyəcəyi dəqiqdir. Oyuna yaxşı hazırlaşmışıq. Hər şeyi edəcəyik ki, "Araz-Naxçıvan"a qalib gələk. Onların yaxşı komanda olduğunu yaxşı başa düşürük.

- Yəqin ki, bu görüşdə oynamağı daha çox istəyirsən? Hər halda, "Araz-Naxçıvan" sənin sabiq komandadndır. İkiqat motivasiyaya sahibsən?

- Mən hər oyunda oynamaq istəyirəm. Amma qərarları verən baş məşqçidir. Bu şansı əldə etmək üçün daim çalışıram. Nə vaxt şans verilsə, oynamağa hazıram.

- "Turan Tovuz"un avrokubok şanslarını necə dəyərləndirirsən? "Qarabağ" ölkə kubokunu qazanarsa, indiki pillədə qalaraq, avrokuboklara vəsiqə qazana bilərsiz...

- Avrokuboklara yollanmaq şansımız var. Digər klublardan asılı olmayaraq, biz daim çalışırıq və hər oyuna uğurlu nəticə üçün çıxırıq. İnanıram ki, avrokuboklara vəsiqə qazanmaq istəyimiz reallaşacaq. Çünki yaxşı komandaya sahib olduğumuzu bilirəm.

- Səncə, "Turan Tovuz"dakı karyeran yaxşı alınır, yoxsa özünü göstərməyin üçün zamana ehtiyacın var?

- Düzünü desəm, hələ ki tam olaraq potensialımı aça bilmirəm. Çünki az-az oynayıram. Öz üzərimdə daha çox çalışacam ki, həmin şans mənə verilsin. "Turan Tovuz"a daim xeyir vermək istəyirəm. Yaxşı kollektivə sahibik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Oxşar xəbərlər