top
Turan Tovuzun Faiq Hacıyevdən yeni mövsüm hazırlıqları və transferlər haqda MÜSAHİBƏSİ Idman.biz
24 iyul 2025, 10:43
- ↺ +

"Turan Tovuz"un Faiq Hacıyevdən yeni mövsüm hazırlıqları və transferlər haqda MÜSAHİBƏSİ

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyevin Futbolinfo.az-a müsahibəsi

– Yeni mövsümə hazırlıq prosesi necə keçir? Artıq bir yoxlama oyunu keçirmisiniz. "Çorum"la görüş (1:1) və yay hazırlığı barədə fikirləriniz necədir?

– Hər şey plana uyğun gedir. Türkiyə toplanışının ilk mərhələsini bitirdik. İkinci mərhələ isə 24 iyul – 6 avqust tarixlərini əhatə edəcək. Komandadaxili ab-hava yaxşıdır, hər şey qaydasındadır. "Çorum"la matç ilk yoxlama görüşümüz idi, oyun yaxşı keçdi. Çempionatın startına qədər digər yoxlama matçlarımızı da keçirərək tam formaya qayıdacağımıza ümid edirik.

– Komanda indiki məqamda yeni mövsümə neçə faiz hazırdır və çempionatın startına kimi tam hazır ola biləcəksiniz?

– İndiki məqamda neçə faiz hazır olduğumuzu demək çətindir. Tam güclə çalışırıq. Əlimizdən gələni edirik ki, çempionata qədər maksimum hazır vəziyyətə gələk.

– Komandadan ayrılan və yeni gələn futbolçular var. Heyətdəki dəyişikliklər "Turan Tovuz"a necə təsir edəcək? Yeni transferlərin səviyyəsi ürəyinizcədir?

– Əlbəttə ki, gedənlərin yerini doldurmaq həmişə çətin olur. Yeni gələn oyunçuların komandaya uyğunlaşmaq prosesi var. Biz də əlimizdən gələni edirik ki, yeni transferlər adaptasiya dövrünü tez keçsinlər. Bəli, gələn hər bir futbolçu səviyyəlidir. İnşallah, komandaya çox köməkləri dəyəcək.

– Ötən mövsümün yekununda avrokuboklara vəsiqə qazanan komandaların sırasında ola bilmədiniz. Yeni sezondan gözləntiniz nədir?

– Keçən mövsüm buna çox yaxınlaşdıq, amma olmadı. Xeyirlisi… Yeni mövsümdə daha yaxşı nəticəyə imza atmağa çalışacağıq.

– Avrokubokda iştirak edən komandalarımız, həmçinin "Neftçi" və digərləri heyətlərinə çoxlu sayda yeni futbolçu cəlb ediblər, hazırda güclənməklə məşğuldurlar. Bu, yeni mövsümün daha çətin keçəcəyini deməyə əsas verirmi? Yenidən avrokuboklardan kənarda qalmaq təhlükəsi sizi qorxutmur?

– Düzdür, bütün komandalar yeni oyunçularla güclənirlər. Premyer Liqaya vəsiqə qazanan klubların da rəng qatacağını nəzərə alsaq, bizi daha maraqlı və gərgin çempionat gözləyir. Bunun fərqindəyik və rəqabətə hazırıq.

– Fərdi olaraq yeni mövsüm üçün qarşınıza hansı məqsəd qoymusunuz? Millinin heyətinə müntəzəm dəvət alan futbolçulardan birinə çevrilə biləcəksiniz?

– Hər zaman olduğu kimi, hamıya daha yaxşı Faiq göstərmək istəyirəm. Bunun üçün çalışıram. Hər bir futbolçu kimi, mən də daim yığmaya dəvət almaq, milli formanı geyinmək arzusundayam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:30

"Napoli" qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi və hücumçu edəcək

Qarabağ FK
Bu gün, 15:28

Almaniyada yaşayan azərbaycanlı futbolçu Nihat İsgəndərov: “Milli komandaya qayıtmaq şərəf olar”

Basketbol
Bu gün, 15:20

Sabahı məğlub edən Trabzonspor FIBA Çempionlar Liqasında qrup liderliyini hədəfləyir

Futbol
Bu gün, 15:08

Chelsea və Manchester United Sportinqin vingeri Flavio Qonsalveyi tutmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:06

Antonela Rokusuo azyaşlı Messi fanatına kömək etdi

Şahmat
Bu gün, 14:56

Azərbaycan şahmatçıları Monteneqroda keçirilən klublararası Avropa Kubokunda medallar qazanıb

Futbol
Bu gün, 14:48

Barselona – Real Madrid: Muskimin el-Klasiko dəyirmi niyyətilə - Mourinyo ilk dəfə "Kamp Nou"ya qayıdır

Futbol
Bu gün, 14:30

Tottenham baş məşqçisi Roberto De Zerbi Harry Kane-i Ballon d'Or namizədi hesab edir

Futbol
Bu gün, 14:28

Beşiktaş futbolçu Kartal Yılmazın matçdan əvvəl Counter-Strike oynadığı iddiası

Futbol
Bu gün, 14:08

Real akademiyasında 150-dən çox qol vurduğu Enso Alveş

Futbol
Bu gün, 14:00

Şimalın Qələbəsi: Tural Cəlilov Baku Sportinqlə Mükəmməl Şərh Yapar

Futbol
Bu gün, 13:48

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina Əlcəzairə məğlub oldu

Futbol
Bu gün, 13:30

Arsenalın ulduz hücumçısı Bukayo Saka 6 həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 13:20

Bavariya klubunun baş məşqçisi Vensan Kompani məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib

Futbol
Bu gün, 13:00

1 milyon manatlıq büdcəsinə baxmayaraq "Səbail" 6 turdan sonra 4-cü yerdədir və nəzərdə tutulan nəticələri verə bilmir

Digər
Bu gün, 12:48

UFC 333 Əbu-Dabi: İki titul döyüşü və Azərbaycanlı döyüşçü Asəf Çopurovun debütü

Futbol
Bu gün, 12:30

Trabzonspor qapıçısı Andre Onana ailəsi ilə qəzaya düşdü, xəsarət almadı

Basketbol
Bu gün, 12:28

Georgi Kondruseviç “Sabah”la qarşılaşmanı dəyərləndirdi

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Oxşar xəbərlər