Misli Premyer Liqasının VIII turunun "Turan Tovuz" - "Qarabağ" oyununda ilk yarı bitib.
İdman.Biz bildirir ki, 45 dəqiqədən sonra qarşılaşmada Tovuz təmsilçisi irəlidədir - 1:0.
19:41
"Turan Tovuz" - "Qarabağ" oyununda hesab açılıb.
İdman.Biz bildirir ki, 40-cı dəqiqədə Serrano penaltidən Tovuz klubunu hesabda irəli çıxırıb.
19:01
Misli Premyer Liqasının VIII turunun "Turan Tovuz" - "Qarabağ" oyunu start götürüb.
İdman.Biz bildirir ki, oyunu hakim Elçin Məsiyev idarə edir.
18:06
"Turan Tovuz" Misli Premyer Liqasının VIII turunda "Azersun Arena"da "Qarabağ"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 19:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 3. Enrike Silva 99. Vadji İbrahima.
Baş məşqçi: Kurban Berdiyev
"Qarabağ": 99. Mateus Koxalski 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 3. Sami Mmae 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 8. Marko Yankoviç 6. Kris Kuaku 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov
09:28
Bu gün Misli Premyer Liqasında VIII turun ikinci oyunu "Qarabağ"la "Turan Tovuz" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 19:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Elçin Məsiyev idarə edəcək.
Tovuz klubu 15 xalla çempionatın lideridir. Rəqiblərindən bir görüş az keçirən Ağdam təmsilçisi 13 xalla üçüncüdür.
Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr
19:00. "Turan Tovuz" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
"Azərsun Arena"
Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.