Futbol üzrə Azərbaycan Premyer Liqadasında çıxış edən "Turan Tovuz" klubunun rəhbərliyi komandanın baş məşqçisi, rusiyalı mütəxəssis Kurban Berdıyevlə müqavilədəki opsiyanı uzadıb.
Bu barədə İdman.Biz-ə klubun idman direktoru Səməd Nəsibov məlumat verib:
"Biz yeni müqavilə imzalamamışıq. Berdıyevlə aramızdakı müqavilə "2+1" sxemi üzrə idi, lakin biz 2026-cı ilin bitməsini gözləmədən, üçüncü ilin razılığını indidən əldə etdik" - deyə klubun idman direktoru qeyd edib.
Qeyd edək ki, K. Berdıyev 2024-cü ilin iyun ayından "Turan Tovuz"un baş məşqçisidir.
Vüqar Vüqarlı